XİDMƏTLƏR
Biz dünyanın hər yerindən olan müştərilərimizə yaşamaq, investisiya və passiv gəlir üçün ən cəlbedici daşınmaz əmlakları tapmaqda və satın almaqda kömək edirik.
HƏYAT SƏRHƏDLƏRİNİ GENİŞLƏNDİRİRİK – bu, şirkətimizin əsas missiyasıdır. Dünya, özünüzü yalnız bir ölkə ilə məhdudlaşdırmaq üçün həddindən artıq böyükdür. Siz özünüz seçirsiniz: hara yaşamaq, hara istirahət etmək və hara daşınmaz əmlakdan gəlir əldə etmək istəyirsiniz. Biz isə bu arzuları tam həyata keçirməkdə, "açar təslim" şəklində kömək edirik. Coğrafi sərhədlərlə yanaşı, siz eyni zamanda öz dünyagörüşünüzün, təcrübənizin və həyatınızın sərhədlərini də genişləndirirsiniz.
Xidmətlərimiz:
· İnvestorlar üçün: aktivlərini maksimum səmərəli şəkildə diversifikasiya edərək, gəlir əldə etmək məqsədilə, xaricdə daşınmaz əmlaka sərmayə yatırmalarına kömək etmək;
· İkinci ev axtaran şəxslər üçün: istirahət, köçüb yaşamaq və ya "ehtiyat ev" kimi uyğun variant seçməkdə kömək etmək.
Bizim tərəfdaşlarımız – tikinti sahəsində çoxillik təcrübəyə malik iri developer şirkətləri və dünyanın ən müxtəlif ölkələrindən aparıcı agentliklərdir.
Birinci bazar obyektlərının hamısında biz yalnız birbaşa developer şirkətləri ilə işləyirik, buna görə də alıcılar üçün xidmətlərimiz pulsuzdur və komissiyamızı tərəfdaşlardan alırıq. Alıcı üçün rahatlıq və mənfəət ondan ibarətdir ki, o, eyni qiymətə daha yaxşı xidmət və daha çox imkan əldə edir.
İkinci bazar obyektlərı üzrə komissiya haqqının məbləği ayrıca müzakirə olunur.